Rəsm müsabiqəsinin nəticələri
“Mərakeş gənc azərbaycanlı rəssamların gözü ilə”
15 noyabr 2022-ci il
Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi “Mərakeş, gənc Azərbaycan rəssamlarının gözü ilə” rəsm müsabiqəsinin qaliblərini elan etməkdən böyük məmnunluq duyur.
Münsiflər heyətinin üzvlərinin uzunsürən müzakirələri nəticəsində qalibləri müəyyən etmək üçün bir neçə meyar nəzərə alınıb: yaşa uyğun texnika, mövzuya uyğunluq, yaradıcılıq, orijinallıq və kompozisiya.
Seçimin çətinliyini nəzərə alaraq və ədalətli yanaşmanı təmin etmək məqsədilə qiymətləndirmə prosesinə bir neçə peşəkar rəssam da dəvət edildi.
Müsabiqələrin nəticələrini təqdim edirik:
14-18 kateqoriyası
1-ci yer: QULİYEVA MƏLAHƏT
2-ci yer: KRASYKOVA ANGELINA
3-cü yer: QURBANOVA AYDAN
10-14 yaş kateqoriyası
1-ci yer: ƏHƏDLİ SƏHƏR
2-ci yer: ƏMİRASLANLI FİDAN
3-cü yer: EYVAZLI LEYLA
6-10 yaş kateqoriyası
1-ci yer: TALIBOVA MAYA
2-ci yer: TURABOVA ƏMİNƏ
3-cü yer: MƏMMƏDOVA AYDAN
Səfirlik mükafatın təqdimatı üçün qaliblərlə əlaqə saxlayacaq və tezliklə bütün iştirakçılara iştirak sertifikatı göndərəcək.
Səfirlik gözəl cəhdlərinə görə hər bir iştirakçıya minnətdarlığını bildirir, həmçinin münsiflər heyətinin üzvlərinə, sponsorlara və müxtəlif tərəfdaşlara təşəkkür edir.
*********************************
Results of The Painting Contest
“Morocco Through the Eyes of Young Azerbaijani Artists”
November 15th, 2022
The Embassy of the Kingdom of Morocco in Azerbaijan has the great pleasure to announce the winners of the painting contest, “Morocco Through the Eyes of Young Azerbaijani Artists”.
The members of the jury had long and tedious deliberations which have taken into consideration several criteria, namely the technique according to the age, the respect of the theme, the creativity, the originality and the composition.
The difficulty of the choice and the concern of fairness have led us to invite several artists to present their works for a direct evaluation which yielded the following results:
Category between 14 and 18 Y/O
1st position: GULIYEVA MALAHAT
2nd position: KRASYKOVA ANGELINA
3rd position: GURBANOVA AYDAN
Category between 10 and 14 Y/O
1st position: AHADLI SAHAR
2nd position: AMIRASLANLI FIDAN
3rd position: EYVAZLI LEYLA
Category between 6 and 10 Y/O
1st position: TALIBOVA MAYA
2nd position: TURABOVA AMINA
3rd position: MAMMADOVA AYDAN
The Embassy will contact the winners for the award presentation and will soon send a certificate of participation to all participants.
The Embassy would like to thank all participants, jury members, sponsors and various partners for this beautiful endeavor.
Mərakeş azərbaycanlı gənc rəssamların gözü ilə
Rəsm müsabiqəsi
Mərakeş və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi və Epik Yaşıl Yürüşün 47 illiyini qeyd etmək üçün Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi Nərgiz Art Studio ilə əməkdaşlıq və Holcim Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən Azərbaycanda yaşayan 6-18 yaş arası gənc rəssamlar üçün rəsm müsabiqəsini elan etməkdən məmnunluq duyur.
Müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında yaxın əlaqlər yaratmaq və qarşılıqlı anlaşmanı gücləndirmək, eyni zamanda gənc nəsil arasında yaradıcılığa marağı artırmaq, uşaqları faydalı fəaliyyətlərə həvəsləndirmək, onların dünyagörüşünü genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır.
Əgər siz bu layihə ilə maraqlanan gənc rəssamsınızsa, müsabiqə qaydalarına tez bir zamanda nəzər salın və öz rəsm əsəriniz üzərində işləməyə başlayın. İştirak formasını dolduraraq işinizin aydın şəklini 15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq resm.marakesh@gmail.com ünvanına göndərin.
Siz də qaliblər sırasında ola bilərsiniz.
Ətraflı məlumatı aşağıda göstərilən tez-tez verilən suallar siyahısını nəzərdən keçirməklə əldə edə bilərsiniz.
Morocco though the eyes of Azerbaijani young artists
Painting contest
To mark the 30th anniversary of the diplomatic relations between Morocco and Azerbaijan, and the 47th anniversary of the Epic Green March, the Embassy of the Kingdom of Morocco in Azerbaijan, in collaboration with of Nargiz Art Studio and with the support of Holcim Azerbaijan, is pleased to announce a painting contest for the young artists aged between 6 and 18 years and residing in Azerbaijan.
The purpose of the competition is to build bridges and enhance mutual understanding between Moroccan and Azerbaijani peoples, while promoting interest in creativity among the younger generation, motivating children to useful activities, expanding their horizons and identifying young talents.
If you are a young artist interested in this project, take a quick look at the contest rules and start working on your painting. Fill the participation form and send a clear photo of your work to resm.marakesh@gmail.com no later than October 15, 2022.
You may well be among the winners.
More information can be obtained by reviewing the Frequently Asked Questions (FAQs) below.
Tez-tez veriən suallar
Bu müsabiqənin adı nədir?
Mərakeş azərbaycanlı gənc rəssamların gözü ilə
Kim iştirak edə bilər?
Əgər Azərbaycanda yaşayırsınızsa və 6-18 yaşlarındasınızsa, iştirak etməyə dəvət olunursunuz.
3 yaş kateqoriyası var:
· 6-10 yaş
· 10-14 yaş
· 14-18 yaş
İştirak etmək üçün ödəniş edilməlidirmi?
Xeyr. İştirak ödənişsizdir
Necə iştirak edə bilərəm?
Rəsminizin şəklini JPG formatında, həmçinin lazımi qaydada doldurulmuş və imzalanmış iştirak formasını resm.marakesh@gmail.com ünvanına 15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq göndərin.
Şərtlər nələrdir?
Bütün sənət əsərlərində memarlıq, mənzərə, məşhur insanlar, Mərakeş nağılları və ya ölkənin adət-ənənələri ehtiva edən Mərakeş elementləri olmalıdır.
Müsabiqəyə təqdim olunan bütün əsərlər iştirakçıların Mərakeşlə əlaqəsini qısa təsviri edən öz orijinal əl işi olmalıdır.
Rəsm əsərləri üçün tələb olunan iş texnikası nədir?
İşlər yağlı boyalar, akril, quaş, tempera, pastel, akvarel, rəngli karandaş, flomaster, eləcə də qarışıq texnika ilə edilə bilər.
İşimi imzalaya bilərəmmi?
Bəli, sənətinizi imzalamaqdan çəkinməyin.
Mən incəsənətin başqa növü ilə iştirak edə bilərəmmi?
Bu rəssamlıq müsabiqəsidir. Fotoşəkillər, heykəllər və rəqəmsal rəsmlər kimi digər sənət növləri müsabiqə üçün uyğun deyil.
Mən qalib olub-olmadığımı necə bilə bilərəm?
6 noyabr 2022-ci il tarixində hər yaş kateqoriyası üzrə qaliblər elan olunacaq və Səfirlik tərəfindən əlaqə saxlanılacaq (e-poçt, telefon və ya mesaj şəklində). Yalnızca qaliblərdən yaşını təsdiq edən sənəd tələb olunacaq.
Noyabrın 18-də Səfirliyin təşkilatçılığı ilə tədbir keçiriləcək və qaliblərin rəsm əsərləri nümayiş etdiriləcək. Mükafatlar tədbir zamanı təqdim ediləcək.
Mükafatlar nədir?
Bütün iştirakçılara Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyindən sertifikat təqdim ediləcək.
Üç yaş kateqoriyasının hər biri üçün müvafiq olaraq birinci, ikinci və üçüncü dərəcəli qaliblər üçün mükafatlar nəzərdə tutulub.
Mükafatlar hər yaş kateqoriyasına uyğunlaşdırılmışdır.
Qalib sənət əsərlərinə nə olacaq?
Qalib sənət əsərləri səfirliyin binasında daimi sərgi üçün qalacaqdır.
FAQs
What is the title of this contest?
Morocco though the eyes of Azerbaijani young artists
Who can participate?
If you live in Azerbaijan and are between 6 and 18 years old, you are encouraged to participate.
There are 3 age categories:
· 6 to 10 years old
· 10 to 14 years old
· 14 to 18 years old
Do I have to pay anything if I want to participate?
No. The participation is free of charge.
How can I participate?
Send a photo of your work in JPG format to resm.marakesh@gmail.com as well as the participation form duly filled and signed no later than October 15, 2022.
What are the conditions?
All artwork must include Moroccan elements such as architecture, landscape, famous people, Moroccan fairy tales or traditions of the country.
All works submitted to the contest must be your own original work with a brief description submitted work.
What is the required work technique for the paintings?
Works can be done with oil paints, acrylics, gouache, tempera, pastels, watercolours, coloured pencils, felt-tip pens as well as using mixed techniques.
Can I sign my work?
Yes. Feel free to sign your artwork.
Can I participate with another form of art?
This is a painting contest. Other forms of art such as photographs, sculptures and digital paintings are not eligible for the contest.
How do I know if I won?
On 6 November 2022, the winners of each age category will be announced and contacted by the Embassy (email, phone or text message). A proof of age will be required for the winners only.
On 18 November, a ceremony will be organized by the Embassy and the artworks of the winners will be exposed. Prizes will be given during the ceremony.
What are the prizes?
All participants will receive a certificate from the Embassy of the Kingdom of Morocco in the Republic of Azerbaijan.
For each of the three age categories, there will be a first, second and third prize.
Prizes will be adapted to each age category.
What will happen to the winning artworks?
The winning artworks will remain with the Embassy for a permanent exhibition within its premises.
MÜNSİFLƏR HEYƏTİ
JURY MEMBERS
Mərakeşdə anadan olan Mahi Binebine özünü maraq dairəsi olan yazıçılıq və rəssamlığa həsr etməzdən öncə riyaziyyat müəllimi idi.
Həmçinin, o bir neçə roman müəllifidir və yazdığı əsərlər müxtəlif dillərdə tərcümə olunub. Mahi Binebinein rəsm əsərləri Nyu Yorkda yerləşən Guggenheim Muzeyinin daimi kolleksiyasının bir hissəsidir. O, 2002-ci ildə Mərakeşə qayıdaraq orada yaşamını davam edib və hal hazırda orada işləyir.
********************
Born in Marrakech, Mahi Binebine was initially a mathematics teacher, before he devoted himself to his passion; writing and painting.
He wrote several novels,which have been translated into a dozen languages. His paintings are part of the permanent collection at the Guggenheim Museum in New York. He returned to Marrakech in 2002 where he currently lives and works.
Mərakeşin Kasablanka şəhərində anadan olub, Parisdəki Sorbon Universitetinin biologiya və sosiologiya fakültəsini bitirib.
Onun bədii üslubu əsaslı şəkildə inkişaf edib, lakin həyat möcüzəsini daha gözəl şəkildə vurğulamaq üçün sənət əsərlərində istifadə etdiyi alətlərləri (qum və torpaq) və ya çəkdiyi şəkilləri (bitkilər, orqanik formalar və hüceyrələr) həmişə təbiətlə əlaqələndirib
O, həmçinin ənənəvi Afrika sənətindən ilhamlanaraq heykəllər yaradır.Yamou Fransada Paris və Mərakeşdə Tahannawt arasında yaşayır və işləyir.
********************
Born in Casablanca, Morocco, he graduated in biology and sociology from Sorbonne University in Paris.
His artistic style evolved substantially, but has always been linked to nature either in the tools he uses (sand and earth) or in the art he paints (plants, organic forms and cells) in order to beautifully underline the miracle of life.
He also creates sculptures inspired from traditional African art.
Yamou lives and works between Paris in France and Tahannawt in Morocco.
Azərbaycanın tanınmış rəssamlarının qızı Əsmər Nərimanbəyova incəsənətə, musiqiyə, ədəbiyyata sevgi mühitində böyüyüb. Müxtəlif üslublarları ilə fərqlənən Nərimanbəyova, orijinal rəng sensasiyasını kompozisiyalarda dominant kimi istifadə edərək özünəməxsus yaradıcı tərzini tapmışdır. Əsərlərindəki rənglər formanı dinamika ilə dolduraraq kətanını da güclü enerji ilə doyurur.
Nərimanbəyova gərgin və tükənməz həvəslə çalışır, sərgilərdə, beynəlxalq festivallarda, simpoziumlarda fəal iştirak edir. O, cəsarətli və cəlbedici üslubu ilə seçilir.
2002-ci ildən bəri Azərbaycanın “Əməkdar rəssamı”
*********************
Daughter of well-known Azerbaijani artists, Asmar Narimanbekova grew up in the atmosphere of love to art, music and literature. While excelling in various styles, Narimanbekova has found her individual creative manner of the letter, the original color sensation acting as a composition dominant. Color in her artworks fills the form with dynamics, saturates her canvas with the strong energy as well.
Narimanbekova works hardly and with inexhaustible enthusiasm, actively participates in exhibitions, international festivals and symposiums. She has been characterized for her bold and engaging style.
“Honorary Artist” of Azerbaijan since 2002
Nərgiz Quliyeva gənc yaşına baxmayaraq, Azərbaycanda və xaricdə çoxlu mükafatlar qazanmış, sərgiləri ilə təsdiqlənmiş rəssamdır. (Almaniya, Fransa, Avstriya, Türkiyə, Gürcüstan, Rusiya, Bolqarıstan və s.)
Nərgiz Quliyevanın bəzi rəsmləri Avropada - Fransada (Marina Bower, Pierre Thilloy kolleksiyası), Avstriyada, həmçinin Rusiyada (Anna Netrebko), Türkiyə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.
*********************
Despite her young age, Nargiz Guliyeva is a confirmed artist with many prizes won and exhibitions organized in Azerbaijan and abroad (Germany, France, Austria, Turkey, Georgia, Russia, Bulgaria etc).
Some of Nargiz Guliyeva’s paintings are in private collections in Europe -France (collection of Marina Bower, Pierre Thilloy), Austria, also in Russia (Anna Netrebko), Turkey and Azerbaijan.
MÜKAFATLAR
PRIZES